Islam dini Haqqinda

Dünya ehalisinin teqriben 25% - nin (texminen 1.350.000.000 nefer) dini olan İslam VІІ esrin evvellerinde Erebistanda yarandı. Bu dinin intişarı zamanı Yer üzerinde çoxsaylı dinler var idi. “İslama ehtiyac var idimi?” sualı Qerb tarixçisi P. K. Hittinin aşağıdakı cümlesinde cavab tapmışdır: “Öz esli ile islam dini Sami qövmlere aid dinlerin mentiqi cehetden mükemmel formasıdır”. O dövrlerde dünyada böyük bir narahatlıq ve heyecan var idi. Müharibeler, haqsızlıqlar, haqsız hökmler, maddeye bağlılıq baş alıb getmişdir. Menevi heyatdan zövq alanlar, bu axına qarşı dünyadan el-etek çekerek öz xilas yollarını düşünürdüler. Mövcud dinler insana istiqamet vermekde kifayet etmirdi. Çünki zaman, tarixi hadiselerin gedişi bu dinlerin ilkin esl xüsusiyyetlerini yoxa çıxarmış, geride dinler arası mübahiseler, qanesizlikler, fikir ayrılıqları qalmışdır. Bir xeberdar ediciye, xatırlayıcıya, insanları seadete çatdıracaq yeni bir yola, metoda ehtiyac var idi. Bu ehtiyaca qarşı xeberdarlıq sesi Erebistandan geldi. O dövrde Erebistan, qiteler arası ticaret yollarının keçdiyi, ehemiyyetli limanları olan bir ölke idi. Hezreti İbrahimin qurduğu Kebe (texminen e.e 2000-ci il) bir dini merkez olaraq Qüdsde yerleşen Sitayişgahdan daha qedim idi. Buna göre de Kebeni içerisinde saxlayan Mekke, esrler boyu hem dini, hem de ticari baxımdan Ereb yarımadasında ehemiyyetli bir rol oynayırdı. Erebler ölkelerinin iqlimi sebebi ile köçeri heyat yaşayırdılar. Buna baxmayaraq şeher heyatı yaşayan yerler ve bölgeler de var idi (Mekke, Medine, Yemen kimi şeherler). Erebler qebileler halında yaşayırıdlar. Bu qebileler arasında ise daimi narazılıqlar, döyüşler olurdu. Ancaq ilde 4 ay (haram aylar) döyüş aparmamaq adet olmuşdur. Mekke yaxınlığındakı yarmarkalar, bu müddetlerde qurulurdu. Bu yarmarkalarda şerler oxunur, söhbetler aparılırdı. Ereblerde yazı yazmaq adeti güclü deyildi. Oxuyub yaza bilenler azlıq teşkil edirdi. Onları barmaqla gösterirdiler. Amma şere ve şairliye qarşı güclü maraq var idi. Ukaz yarmarkasında yarışlar keçirilir, qazanan şerler qızılla yazılıb Kebe divarına asılırdı. Belelikle yeddi qeside meşhur olmuşdu. Ele Mehemmed peyğember (s.e.s) bele bir cemiyyetden çıxdı. Mekkenin en nüfuzlu hesab olunan on ailesinden Haşim oğulları qebilesine mensub idi. Atası Abdullah, anası Emine idi. Hezreti Mehemmed peyğemberin (s.e.s) heyatı ile bağlı kifayet qeder melumatlar vardır. Peyğemberler arasında heyatı haqqında en çox melumat olan yegane Allah elçisi Mehemmedir (s.e.s). Uşaqlıq çağındakı ağırlığı, genclik çağındakı eminliyi, yetişkin çağındakı feraseti de hamıya melumdur. Bu olğun yaş qırxa çatdıqda Nur dağının Hira mağarasında, 610-cu il Ramazan ayının 27-ci günü, uca Allahın meleyi Cebrayıl, ona seslendi. Özünün Cebrayıl olduğunu, uca Allahın özünü Mehemmedi peyğember seçdiyini xeber vermek üçün vezifelendirildiyini bildirdi. Ona destemazı, temizlenmeyi öyretdi. Mehemmede (s.e.s) üç defe “Oxu!” dedi. O, her defe oxuya bilmediyini etiraf edib bildirdi. Melek, onu qolları arasına alıb daha qüvve ile sıxaraq buraxdı ve bele dedi: “Yaradan Rebbinin adı ile oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Senin Rebbin en böyük kerem sahibidir! O Rebbin ki, qelemle (yazmağı) öyretdi. (O Rebbin ki) insana bilmediklerini öyretdi” (el-Eleq (Laxtalanmış qan) suresi, 1-5). İslam dini bele başlandı. Bu dövrde Ereb cemiyyeti exlaqa göre çöküntü içerisinde idi. Camaat bütlere ibadet edir, müxtelif xürafeler, batil, boş inanclar üstünde ömrlerini heder edirdiler. Hezreti İsmayıl peyğemberden (e.s) sonra bu cemiyyete bir xeberdar edici gelmemişdi. Bununla yanaşı Hezreti İbrahimden (e.s) qalma uca, tek, her şeye qadir bir tanrı fikri qalmışdı. Sayları az olsa da “Henif” deyilen kimseler var idi. Bunlar bütlere ibadet etmekden tamamile özlerini uzaq tuturdular. Ereblerde büte sitayiş geniş yayılmışdı. Bütler daşdan, taxtadan ve medenden düzeldilirdi. Medenden insan şeklinde düzeldilen büte “senem” (cem formada “esnam”), insan şeklinde olub, amma daşdan ve ağacdan düzeldilen büte “vesen” (cemi “evsen”), diger bir büt növü ise müeyyen bir şekili olmayıb sitayiş üçün istifade olunan daşlara da “nüsub” (cem formada “ensab”) deyilirdi. Kebede ereb qebilelerinin sayı qeder, 360 büt var idi. Bu bütlerin içerisinde en böyüyü “Hubel” idi. Bunlardan başqa ereblerin “tağut” adlanan sitayişgahları var idi. Onların sayı yüze çatırdı. Kebe kimi bu sitayişgahlara da hörmet gösteren erebler, onların qarşısında qurban kesir, fal oxları çeker, tevaf ederdiler. Onların en böyükleri ve meşhurları; Uzza, Lat, Menatdır. Erebler Allahı tanıyırdılar, ancaq bütleri Allahla öz aralarında vasiteçi götürürdüler. Bütleri Allahla öz aralarında şerik tutan ereblerin bu veziyyetine “müşriklik” adı verilirdi. Bir nefer öz qebilesinden çıxmadığı müddetce bütünü deyişdire bilmezdi. Eger deyişdirse ona çox pis baxardılar. Evlerinde büt saxlayar ve ona tezim ederdiler. İnsan qebilesinden çıxmadıqca bütünü deyişdire bilmezdi. Eger deyişdirerdise çox pis qarşılanardı. Ereblerin arasında öz qızlarını diri-diri basdırıb merhemet etmeyen, elleri ile düzeltdikleri bütlere tezim eden, herden unla, xemirle ve bunlara benzer yeyilecek maddelerden büt düzelden, ona ibadet eden, nehayet qıtlıq gelende onu yeyen, maddiyyata, servete, dünya malına, eylenceye yönelmiş insanların olduğu Ereb cemiyyetinden bir peyğember çıxmışdır. Hezreti Mehemmed (s.e.s) şexsiyyeti, gözel exlaqı, doğruluğu, zekası, qısa olaraq bütün xüsusiyyetleri ile uşaqlığından, gencliyinden etibaren diqqetleri öz üzerine çekmişdir. Ona “Mühemmed el- Emin” demişdiler. Hz. Mehemmed, Erebistan Yarımadasının Mekke şeherinde Qüreyş Qebilesine mensub olduqca kasıb bir ailenin uşağı olaraq, texminen 571-ci ilde dünyaya geldi. Hele, doğumundan az evvel atası Abdullahı, altı yaşlarında da anası Emineni itirdi. Yetim ve öksüz qalan Mehemmedin baxımını emisi Ebu Talib öz üzerine götürdü. Peyğember olduqdan sonra da Onu Mekkeli müxaliflerine qarşı fedakarcasına ve qorxusuzca müdafie etmeye davam etdi. Hz. Mehemmedin peyğemberlik vezifesine başladığı 40 yaşından evvelki heyatı haqqında kifayet qeder melumatların az olması ile yanaşı, onun "Mehemmed ul- Emin" leqebini götürecek qeder dürüst ve üstün exlaqlı olduğu, 25 yaşında özünden daha yaşlı ve zengin, dul bir xanım olan Hz. Xedice ile evlendiyi bilinmekdedir. Hz. Xedice ölene qeder peyğemberimiz (s.e.s) başqa heç bir qadınla evlenmemişdir. Hz. Xedice öldüyü zaman onun teqriben 50 yaşı olması bildirilir. Hz. Mehemmed (s.e.s), özüne peyğemberlik vezifesi gelmezden evvel, Mekke cemiyyetinin içinde olduğu ictimai çöküntüden sıxılaraq, tez- tez Mekke yaxınlığındakı Hira Mağarasına çekiler, burada derin düşüncelere dalaraq günlerini keçirerdi. Bu tefekkür ve exlaqi tecrübeler, özüne peyğemberlik vezifesi verilmesiyle zirveye çatdı. Yeni dini tebliğe evvel öz ailesi ve yaxın etrafından başladı. Xüsusile şeherin heyatını idare eden bir qrupun şiddetli müxalifetiyle qarşılaşdı. Müxalifet böyüdü, ittihamlar ağırlaşdı. Peyğemberin tebliğine her keçen gün bir az daha çox manee töredilmeye başlandı. Vehy, yalnız peyğemberlerin çata bilecekleri fövqalede bir bilik ve ya melumat elde etmek yoludur. Ancaq bu bir tecrübe ve müşahide ile elde edilmir. Peyğemberlere xas xüsusiyyetdir. Yalnız peyğemberin etrafında olanların bu mesele barede müşahide şansları vardır. Belelikle peyğemberler, ancaq insanlardır, vehyi veren ise uca Allahdır. Bir ayede bu heqiqet bele ifade edilmişdir: - De: “Men de sizin kimi ancaq bir insanam. Mene vehy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rebbi ile qarşılaşacağına (qiyamet günü dirilib haqq- hesab üçün Allahın hüzurunda duracağına) ümid besleyirse (yaxud qiyametden qorxursa), yaxşı iş görsün ve Rebbine etdiyi ibadete heç kesi şerik qoşmasın!” (el-Kehf (Mağara) suresi, 110). Mehemmed peyğembere ilk gelen vehyin şahidi olmasa da, sonra gelen vehye şahid olanlar olmuşdur. Onların verdiyi melumatlara göre Hezreti Mehemmed (s.e.s), bele veziyyetde evvelce heybetli bir sesle vehye hazır hala getirilirdi. Sonra özünden getme halı onu ehate edib ele heyecanlandırırdı ki, o sakit ve ağır şexsiyyet, soyuq havada ter içerisinde olurdu. Bu vaxt ona böyük ve ezemetli bir ağırlıq gelirdi, eger bir deve üzerinde olsaydı vehy vaxtı deve onu ağırlığından daşıya bilmir, yere çökmek mecburiyyetinde qalırdı, eger yere çökmeseydi ayaqları yay kimi eyiler ve sanki qırılacaqmış kimi bir veziyyet alardı. Yanında oturub dizi qarşısındakına deyen ayağının qırılacağını zenn ederdi. Bundan başqa arı vızıltısı kimi bir ses eşidildiyi de verilen melumatlar arasındadır. Bu başlanğıcların neticesinde, göy gurultusundan sonra yağışın gelmesi kimi, ayeler nazil olmuş, gelen bezi ayelerde insanlardan ve cinlerden bu sözler kimi başqa sözler getirilmeleri istenmişdir. Quran ayelerinin nezm ve nesrin üzerinde deyişik bir üslubu vardır. Ayelerin hem dil qurluşu ve oxunuş şekili, hem de mena genişliyi çox diqqet çekicidir. Hemin dövrde ereb edebiyyatı ve şerinin en zirvede olduğu bir vaxtda oxuyub yaza bilmeyen kimseye qarşı meşhur şairler aciz qalmışdır. Artıq dil ile ona qarşı çıxmağın mümkünsüz olduğunu görüb qılınclarla ona qarşı çıxılmışdır. Mehemmed peyğembere (s.e.s) vehy gelmeye başlamış ve bir müddet öz qövmünün yanına qayıda bilmemişdir. Hezreti İsaya (e.s) 30 yaşında ilk vehy gelmişdi. Müqeddes Ruh (müselmanlara göre Cebrayıl) bir göyerçin kimi gelib başına qonmuş, sonra 40 gün çölde bir sınama dövrü keçirmişdir. Hezreti İsa (e.s) ile bağlı çarmıx hadisesi, o 33 yaşında olarken baş vermişdir (Müselmanların inancına göre çarmıxda ölen Hezreti İsanın xain şagirdi Yehudadır; İncillerdeki “Ey Allahım! Meni niye terk etdin?” cümlesi ona aiddir). Yeni Hezreti İsanın xidmeti 3 il davam etdi. Mehemmed peyğembere (s.e.s) vehyin 40 yaşında gelmeye başlaması, onun 43 yaşında “resul” olması bildirilir. Bu üç ile çatan dövrde vehyin kesildiyini gören müşriklerin “Allahın seni terk etdi” demelerinden sonra Cebrayılın Duha suresini getirdiyi neql olunur. Bu surenin bir ayesinde “Rebbin seni terk etmedi, sene üzülmedi!” deyilerek Peyğemberin qelbi rahatlıq tapırdı. Ancaq ehemiyyetli olan xüsusiyyet “Rebbinin nemetine gelince dayanmayıb başqalarına tebliğ et!” şeklinde tebliğin başladılması emri idi. İlk dede Mehemmed peyğembere (s.e.s) iman eden Hezreti Xedice (r.a) olmuşdur. O, Mehemmedin veziyyetini eqrebalarından biri olan Nofelin oğlu Vereqeye çatdırdı. Vereqe, xristian dininde idi. Hadiseni eşidince Hz. Musaya (e.s) gelen böyük meleyin hezreti Mehemmede (s.e.s) de gelmiş olduğu müjdesini verdi. Daha sonra Hezreti Mehemmedle (s.e.s) qarşılaşdıqda, ona “Sen bu ümmetin peyğemberi olacaqsan, Sene gelen Musaya gelen böyük melekdir. Sene yalançı deyecekler, eziyyet edecekler, yurdundan çıxaracaqlar, seninle müharibe aparacaqlar. Eger men o günlere çatıb yaşasam, sene Allah üçün kömek ederem” demişdir. Vereqenin müselman olub, olmaması meselesinde açıqlıq ve deqiqlik yoxdur. Hz. Mehemmed (s.e.s) babası Ebdülmüttelibin ölümünden sonra özünü yanında saxlayan ve himayesine alan emisi Ebu Talibin oğlu Elini, qıtlıq sebebi ile güruh ailesi içerisinde sıxıntı çekmemesi üçün evinde saxlayırdı. Beş yaşından etibaren Mehemmed peyğemberin (s.e.s) yanında olan Hz. Eli (e.s) Hz. Mehemmed (s.e.s) ile xanımı Hz. Xedicenin Quran oxuyub Allaha dua etdiklerini gördükde ne etdiklerini soruşdu. Hezreti Mehemmed (s.e.s) ona “Biz kainatı yaradan Allaha secde edirik. O mene peyğemberlik verdi. Bütlere sitayiş etmeyi qadağan etdi. Allah birdir, şeriki ve benzeri yoxdur...” dedi ve Quran oxudu. Hezreti Eli (e.s) eşitdiyi ayeler qarşısında heyran qalmışdı. Müselman olmaq istedi. Ancaq evvel fikirleşdi ki, gedib atasından icaze alsın. Sonra bu fikrinden vaz keçdi. Mehemmed peyğemberin yanına geldi: “Allah meni yaradarken Ebu Talibden soruşmadı. Men Allaha ibadet etmek üçün niye ondan soruşmalıyam” dei ve müselman oldu. Uşaqlar içerisinde ilk müselman Eli (r.a) hesab olunur. Ondan sonra Xarisenin oğlu Zeyd de müselman oldu. O, Mehemmed peyğemberin (s.e.s) azad etdiyi kölesi idi. Üçüncü müselman olmaq şerefine nail olmuşdur. Ebu Bekr (r.a) şerefli ve zengin bir tacir idi. Mehemmed peyğemberin (s.e.s) yaxın dostu idi. Mekkeliler arasında etibarı çox yüksek idi. Mehemmed peyğember (s.e.s) evinden kenarda ilk defe onu islama devet etdi. O da tereddüd etmeden müselman oldu. Çünki, o, peyğemberin şexsiyyetine güvenirdi. Ebu Bekrin vasitesi ile bir çox kimseler islama daxil olmuşdular. İlk müselmanlar ibadetlerini gizlince edirdiler. Çünki zülm ve tezyiq altında idiler. Üç ilden sonra Hezreti Ömer (r.a) ile beraber müselmanların sayı qırx nefere çatmışdı. Bundan sonra artıq müselmanlar inanclarını gizletmediler. Açıq şekilde ibadet etmeye ve dinlerini yaymağa başladılar. İslamın doğuşu bele başlandı. Adını öz müqeddes kitabından alan, Müqeddes Kitabı (Qurani Kerimi) ilk şeklini müasir dövrümüze qeder deyişdirmeyen yegane din islamdır. Hal-hazırda 1 milyardı keçen insanın dini olan İslam, beynelmilel dindir. Bir milletin, bir tayfanın, bir ölkenin dini deyil, bütün dünyanın ümümbeşeri dinidir. Eslinde bütün peyğemberlerin de tebliğ etdiyi din İslamdır. İslam, ilahi dinlerin ümumi adı olmaqla beraber, Mehemmed peyğembere (s.e.s) 23 illik bir müddetde gelen vehylerle en son formasını almış ve Qiyamete qeder beşeriyyetin ehtiyaclarına cavab vere bilecek mahiyyete qovuşmuş, tamamlanmış, kamil dinin xüsusi adıdır. Bu veziyyet Maide suresinin üçüncü ayesinde aşağıdakı şekilde açıqlanmışdır: “Bu gün dininizi sizin üçün kamil etdim, size olan nemetimi (Mekkenin fethi, islamın mövqeyinin möhkemlenmesi, Cahiliyyet dövrünün bir sıra zererli adetlerinin aradan qaldırılması ve i. a.) tamamladım ve sizin üçün din olaraq islamı beyenib seçdim. Kim aclıq üzünden naçar qalarsa (çetinliye düşerse), günaha meyl etmek niyyetinde olmayaraq (zeruri ehtiyacını ödeyecek qeder bu haram etlerden yeye biler). Heqiqeten, Allah bağışlayandır, rehm edendir!” (El-Maide, 3). Qurani Kerim, bütün peyğemberlerin, başda tövhid olmaqla, inanc baxımından eyni esasları tebliğ etdiklerini açıqlayır. Bu inanc esasları İslamın özünü meydana getirir. Eslinde İslam Adem peyğembere qeer gedib çıxır. İlk insan, ilk peyğember Ademin de dini islam olmuşdur. İslamın müracieti bütün insanlaradır. Qurani Kerimde defelerle “Ey insanlar!” ifadesi vardır. İslam, iman, ibadet ve exlaq şeklinde üç yere ayrılaraqişlenmişdir. Biz de bu qaydaya riayet ederek evvelce imandan behs edeceyik.

Ana sayfa